Azərbaycan, Bakı, 02 yanvar/ TrendCapita l/ SOCAR rəhbəri Rövnəq Abdullayev bildirib ki, gələcəkdə həyata keçirilməsi planlaşdırılan tədbirlər nəticəsində, Petkim Neft - Kimya Kompleksinin (SOCAR - Azərbaycan Dövlət Neft Şirkətinin də iştirak etdiyi şirkətlər Alyansına məxsus olan) istehsal edəcəyi məhsullar Türkiyə bazarının 40 faizini əhatə edəcək.
Bu gün Petkim istehsalı Türkiyə bazarının 25 fazini əhatə edir. Rövnəq Abdullayev əvvəllər bildirib ki, şirkət Petkim Neft - Kimya Kompleksinin inkişafına təqribən iki mlrd. dollar yatırıb.
SOCAR 2015 - ci ilədək müəssisənin gəlirlərinin həcmini hazırkı 1,9 mlrd. dollardan dörd mlrd. dollaradək artırmaq niyyətindədir. Hazırda Holdinqin istehsal gücü 3,2 mln. ton təşkil edir. 2015 - ci ilədək bu göstərici 6,3 mln.-a çatdırılacaq. Hazırda Türkiyənin neft - kimya məhsullarına tələbatı 6,1 mlrd. dollar təşkil edir və bu tələbat hər il 11-12 faiz artacaq.
SOCAR/Turcas Petrol/Injaz Projects şirkətləri Alyansı $2,04 mlrd. dollar təklif edərək, Türkiyənin Petkim Kimya Konserninin səhmlərinin 51 faizinin satışı üzrə tenderin qalibi olub. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70 - 75 faizini idxal edir. SOCAR/Turcas/Injaz - ın Petkimin inkişafına yatıracağı sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verəcək.
Petkim Petrokimya Holding plastik qablaşdırma, parça, PVC, yuyucu vasitələr istehsal edir. O, Türkiyədə yeganə belə məhsul istehsalçısıdır və istehsal etdiyi məhsulların dörddə birini ixrac edir.