...

"Sumskoye EİB" Türkmənistan YEK-nin təkmilləşdirilməsini davam etdirəcək

Energetika Materials 20 Fevral 2009 16:21 (UTC +04:00)

Türkmənistan, Аşqabad, 20 fevral / Trend , müxbir E.Həsənov/ "Ukraynanın ən böyük müəssisələrindən biri - "M.V.Frunze adına Sumskoye maşınqayırma elmi-istehsalat birliyi" Türkmənistan Yanacaq-Energetika Kompleksinin (YEK) təkmilləşdirilməsi və istehsal infrastrukturunun artırılmasında iştirak edəcək", - rəsmi türkmən mənbəyi məlumat verib.

Bu barədə zavodun direktoru Vladimir Lukyanenko Aşqabadda Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovla görüş zamanı razılığa gəlib. O qeyd edib ki, layihələr qabaqcıl innovasiya texnologiyalarının cəlb edilməsi ilə həyata keçiriləcək.

"Sumskoye EİB" neft, qaz və kimya sənayesi üçün avadanlıq buraxılışı üzrə maşınqayırma kompleksidir. Burada kimyəvi avadanlıq, sentrifuqa, kompressor və qazsorucu aqreqat, nasos və qaz armaturu, neft mədəni avadanlığı və ağırlaşdırılmış qazma boruları buraxılır.

"Sumskoye EİB" Türkmənistanın qaz nəqliyyatı sisteminin yaradılması və yenidən qurulmasında fəal iştirak edir. Türkmənistan qaz kəmərləri sistemində işləyən 18 kompressor stansiyasından 15-i "Sumskoye EİB"-in istehsalı olan aqreqatlarla təchiz olunub (ümumilikdə 116 aqreqat).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti