...

"KazMunayQaz" "TbilQaz"ı satmağa hazırdı

Energetika Materials 25 Mart 2009 15:15 (UTC +04:00)

Qazaxıstan, Astana, 25 mart / Trend , müxbir K.Arınova /

"KazMunayQaz"ın prezidenti Kairqeldi Kabildin bu gün Astanada keçirilən mətbuat konfransında deyib ki, "KazMunayQaz" SC şirkətin sərmayə yatırımları, əlavə olaraq təqdim olunmuş istiqraz maliyyəsi və maliyyə yardımı kompensasiya olunduğu halda "TbilQaz"ı satmağa hazırdır.

"Mən bu haqda hələ payızda "Neft və qaz - Qazaxıstan" (KIOGE) sərgisi zamanı keçirilən mətbuat konfransında danışmışam. Alınan hər şey satıla da bilər. Məsələ yalnız qiymətdədir", - "KazMunayQaz"ın rəhbəri deyib.  

Şirkətin son məlumatlarına əsasən, "KazTransQaz - Tbilisi"nin aktivləri 150 mln. dollar təşkil edir.

"KazTransQaz - Tbilisi" şirkəti nizamnamə kapitalında 100 faizlik pay iştirakı ilə ("KazMunayQaz"ın tərkibində) "KazTransQaz" SC-nin törəməsidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti