...

Gürcüstan hökuməti ilə White Stream Pipeline Company Limited şirkəti arasında sabah qətnamə qəbul ediləcək

Energetika Materials 2 Aprel 2009 17:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan hökuməti ilə White Stream Pipeline Company Limited şirkəti arasında aprelin 3-də "Ağ axın" (White Stream) qaz kəməri layihəsi üzrə qətnamə qəbul ediləcək.

"Qətnamə Gürcüstan hökuməti ilə White Stream Pipeline Company Limited şirkəti arasında əməkdaşlığı nəzərdə tutur. Hər iki tərəf qaz kəməri layihəsinin həyata keçirilməsi üçün əməkdaşlığın davam etdirilməsi istəyini bildirir", - Gürcüstan enerji nazirinin müavini Nino Yenukidze deyib.

"Ağ axın" layihəsinə əsasən Azərbaycanın "Şahdəniz" yatağından qazı Gürcüstan ərazisindən Qara dənizin dibi ilə Ukraynaya və Aİ ölkələrinə tədarük etmək planlaşdırılır.

Layihəni hazırlayanların konsepsiyasına əsasən, boru kəməri Tbilisi yaxınlığında yerləşən və təxcminən 100 km uzunluğunda olaraq Gürcüstan ərazisindən Qara dənizinə yönələn Cənubi Qafqaz qaz kəmərinə birləşəcək. Oradan təxminən 650 km boru ilə kəmər dənizin dibi ilə Krıma çatdırılmalı, sonra Feodosiyadan Ukraynanın tranzit sisteminə qoşulmalıdır. Alternativ plan boru kəmərinin Rumıniyaya qədər uzadılmasını da nəzərdə tutur.

İlkin mərhələdə boru kəmərinin gücünün ildə 8 milyard kubmetr qaz olacağı gözlənilir. Belə olan halda qaz kəməri tamamilə Azərbaycanın "Şahdəniz"yatağının hesabına doldurulacaq. Sonra "Ağ axın" TransXəzər qaz kəmərinə qoşula bilər. Bu halda boru kəmərinin ikinci xətti Xəzərin dibi ilə çəkiləcək və White Stream-in gücü ildə 24-32 milyard kubmetrə qədər arta bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti