...

Bakının iki rayonuna elektrik enerjisi verilişində fasilələr yaranacaq

Energetika Materials 16 Aprel 2009 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend /

BMKZ yarımstansiyasını qidalandıran zədələnmiş 110 kilovatlıq elektrik ötürücü xətdə aparılan təmir işləri ilə əlaqədar olaraq Nərimanov rayonu ərazisinə, Xətai, F.Xoyski prospektlərinə, Ağa Nemətulla, Mayakovski, Təbriz, Aşıq Molla Cümə, Həsənoğlu küçələrinə elektrik enerjisi verilişi məhdudlaşdırılacaq. Bu barədə "Bakıelektrikşəbəkə" SC-nin (Bakıda enerji satışı və paylanması ilə məşğul olur) cümə axşamı yayılan məlumatda bildirilir. Elektrik enerjisi verilişi Bakı vaxtı ilə 18:00-da bərpa olunacaq.

İşlər yeni avadanlığın quraşdırıldığı 220 saylı yarımstansiyada da aparılacaq. Bu işlərin aparılması nəticəsində 28 May, Puşkin küçələrinə və Nobel prospektinə elektrik enerjisi verilişində fasilələr yaranacaq.

Xəbər lenti

Xəbər lenti