...

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində maraqlıdır – SOCAR-ın prezidenti

Energetika Materials 18 Aprel 2009 11:08 (UTC +04:00)
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində maraqlıdır – SOCAR-ın prezidenti

Azərbaycan, Bakı, 17 aprel / Trend / Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində maraqlıdır və bu məqsədlə Azərbaycan qazının Avropaya ixracı ilə bağlı bütün layihlər nəzərdən keçirilir. Bu barədə İsveçrənin iqtisadi məsələlər üzrə Dövlət katibi Jan Daniel Qerber ilə görüşdə SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev bildirib.

Abdullayev deyib ki, hazırda "Şahdəniz" qazkondensat yatağından Azərbaycan qazını (ikinci mərhələ çərçivəsində) almaq üçün çox təkliflər edilir, lakin yekunda iqtisadi cəhətdən daha cəlbedici layihəyə üstünlük veriləcək.

Qerber görüşdə bildirib ki, Avropa Azərbaycan qazına böyük maraq göstərir.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) -25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, SOCAR - 10 faiz.

Hazırda "Şahdəniz" yatağının işlənmsi üzrə "Mərhələ-1" çərçivəsində sutkalıq qaz hasilatı 21-22 mln. kubmetr təşkil edir.

Qaz Cənubi Qafqaz boru kəməri ilə Türkiyə və Gürcüstana nəql olunur. Bu il birinci mərhələ çərçivəsində bu yataqdan doqquz mlrd. kubmetrdən çox qazın hasil edilməsi planlaşdırılır.

"Şahdəniz"in işlənməsi üzrə layihənin ikinci mərhələsinə 2012-ci ildə başlanması planlaşdırılır. Ümumilikdə ikinci faza çərçivəsində ildə 20 mlrd. kubmetrədək qazın hasil edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti