Gürcüstan, Tbilisi, 01 may / Trend , müxbir N.Kirtsxaliya /
Aprel ayında Gürcüstanda 639,8 mln. kVt/saat elektrik enerjisi istehsal olunub. Elektrik enerjisi sisteminin kommersiya operatorunun məlumatına görə, ötən ay istehsal 645,053 mln. kVt/saat səviyyəsində proqnozlaşdırılmışdı.
Apreldə Azərbaycanla ixrac-idxal əməliyyatları həyata keçirilib, Rusiyadan da elektrik enerjisi idxal olunub.
Operatorun məlumatına görə, Azərbaycandan Gürcüstana 7,8 mln. kVt/saat, Gürcüstandan Azərbaycana isə 3,8 mln. kVt/saat elektrik enerjisi tədarük olunub. Bununla yanaşı, Rusiyadan 1,3 mln. kVt/saat elektrik enerjisi idxal olunub.
Apreldə "Enerqo-invest" şirkəti tərəfindən 21,6 mln. kVt/saat, "TbiliDRES" 48 mln., SES və mövsümi stansiyalar tərəfindən isə 570,2 mln. kVt/saat elektrik enerjisi istehsal olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]