...

Yaxın gələcəkdə İran ilə Oman arasında qaz ixracı üzrə saziş imzalanacaq

Energetika Materials 16 May 2009 11:14 (UTC +04:00)
Yaxın gələcəkdə İran ilə Oman arasında qaz ixracı üzrə saziş imzalanacaq

"Fars körfəzi ölkələri ilə İran qazının ixracı üzrə müzakirələr davam etdirilir. Yaxın gələcəkdə İran ilə Oman arasında İran qazının bu ölkəyə ixracı üzrə saziş imzalanacaq", - cümə günü İranın Milli Neft Şirkətinin direktoru Seyfulla Caşnsaz bildirib. Bu barədə.İranın SHANA informasiya agentliyi xəbər verib.

Onun sözlərinə görə, hazırda Kuveyt, Oman, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ilə İran qazının bu ölkələrə ixracı üzrə müzakirələr davam etdirilir. "Bu ölkələrlə müzakirələr müsbət istiqamətdə aparılır, lakin hesab edirəm ki, Oman ilə sazişin imzalanması digərlərindən tez olacaq", - deyə Caşnsaz bildirib.

Xəbər lenti

Xəbər lenti