Azərbaycan, Bakı, 16 may / Trend /
Mayın 1-nə olan məlumatlara görə, Azərbaycanın əsas istehlakçılarının mazut ehtiyatları 348,5 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 3,9 faiz azdır. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.
Avtomobil benzini ehtiyatları 17 min ton təşkil edib. Bu göstərici ötən ilin yanvar-aprelində qeydə alınan həcmdən 9,1 faiz azdır.
Mayın 1-nə olan məlumatlara görə, əsas istehlakçıların dizel yanacağı ehtiyatları 13,8 min ton təşkil edib ki, bu da 2008-ci ilin analoji dövr göstəricisi ilə müqayisədə 9,2 faiz azdır.
Əsas istehlakçıların aviasiya kerosini ehtiyatları həcmi 10 min ton təşkil edib ki, bu da 2008-ci ilin analoji dövr göstərcisi ilə müqayisədə 26,5 faiz azdır.
Yanvar-apreldə əsas istehlakçıların daş kömür ehtiyatları 4,8 min ton təşkil edib. Bu göstərici ötən lin analoji dövründə qeydə alınan həcmdən iki dəfə çoxdur.