Azərbaycan, Bakı, 27 may / Trend /
"Xəzərin Azərbaycan hissəsində yerləşən "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində Türkiyəyə sutkalıq qaz hasilatı təxminən 14-15 milyon kubmetr təşkil edir", - çərşənbə günü neft-qaz sənayesində mənbə məlumat verib. Gürcüstana ötürülən sutkalıq qazın həcmi isə 700-800 min kubmetrdir.
Mənbənin sözlərinə görə, hazırda yataqdakı sutkalıq hasilatın həcmi 15-16 milyon kubmetr arasında dəyişir. Hasilatın zirvə nöqtələri 22-23 milyon kubmetrdir.
"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) -25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, SOCAR - 10 faiz. Bu yataqda ümumi qaz ehtiyatı 1,2 trln. kubmetr həcmində qiymətləndirilir.
Yataqdan qaz Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzrum) ilə ixrac olunur. Yatağın işlənməsi üzrə birinci mərhələ çərçivəsində ildə 9 mlrd. kubmetr qazın hasil edilməsi nəzərdə tutulub.
Bu həcmlər Azərbaycan, Gürcüstan və Türkiyəyə satılacaq. Reallaşdırılmasına 2014-cü ildə başlanacaq ikinci mərhələ çərçivəsində yataqda ümumi hasilat 20 mlrd. kubmetrə çatdırılacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]