...

Azərbaycanın "Abşeron" strukturunda dərin quyu qazılmalıdır - SOCAR-ın vitse-prezidenti

Energetika Materials 3 İyun 2009 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun / Trend , müx. E.İsmayılov /

"Abşeron" perspektivli dəniz qaz blokunda kəşfiyyat quyusunun qazılmasına bu ilin sonu-gələn ilin əvvəlində başlanılacaq, çərşənbə günü SOCAR-ın geologiya, geofizika və yataqların işlənilməsi üzrə vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

"Hələki qazılma nöqtəsi müəyyən edilib, lakin quyunun dərinliyi təyin edilməyib. İlk öncə bəzi kommersiya məsələlərini həll etmək lazımdır", - Yusifzadə bildirib.

SOCAR-ın vitse-prezidentinin sözlərinə görə, qazıntı işlərini 7 min metr dərinlikdə aparmaq lazımdır.

Bu strukturda ilkin ehtimallara görə, 300 milyard kubmetr qaz ehtiyat var.

Fevralın 7-də SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) və Fransanın Total şirkəti arasında "Abşeron" perspektivli dəniz qaz blokunun kəşfiyyatı və işlənilməsi üzrə müqavilə imzalanıb. 3 il ərzində orada 100 milyon dollar dəyərində olan kəşfiyyat quyusu qazılacaq. Gələcəkdə yenidən 3 il ərzində 2 kəşfiyyat quyusunun qazılması mümkündür.

Müqavilə üzrə SOCAR bu layihədə pay iştirakının 40 faizini, Total isə 60 faizini əldə edib. Kəşfiyyat dövründə SOCAR-ın payı Total şirkəti tərəfindən maliyyələşdiriləcək. Gələcəkdə Total-ın bu layihədə öz payını digər Fransa şirkəti Gaz de France SUEZ şirkətinə satması mümkün ola bilər.

Məqalə müəllifi ilə əlaqə:[email protected]

Xəbər lenti

Xəbər lenti