...

2013-cü ilədək OPEK-in neft tədarükü 10 faizdən çox artacaq

Energetika Materials 9 İyul 2009 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir A.Bədəlova /

OPEK-in neft tədarükünün həcmi 2013-cü ilə qədər sutkada 3 milyon bareldən 31 milyon barelə qədər artırılacaq. Bu barədə kartelin 2009-cu il dünyanın neft icmalı üzrə məruzəsində bildirilir.

Məruzəyə əsasən, 2009-cu ildə neftə tələbatın azalmasından sonra OPEK tədricən neft tədarükünü artıraraq 2013-cü ilə qədər sutkada 31 milyon barelə çatdıracaq.

Proqnozlara görə, OPEK-in təchizatının həcmi 2009-cu ildə sutkada 28 milyon barel, 2010-da 29,3, 2011-də 29,9, 2012-ci ildə isə sutkada 30,5 milyon barel olacaq.

2020-ci ildə OPEK-in neft təchizatının həcmi sutkada 34,3, 2030-cu ildə isə sutkada 41,1 milyon barel olacaq.

Məruzədə qeyd olunur ki, ümumdünya neft təchizatında OPEK-in hissəsi 2030-cu ilə qədər əhəmiyyətli dərəcədə dəyişməyəcək, 2008-ci ildəki 36 faizlik göstəricinin əksinə olaraq 39 faiz təşkil edəcək.

OPEK-in proqnozuna görə, kartelə daxil olmayan ölkələr 2009-cu ildə sutkada 50,4, 2010-cu ildə 50,6, 2011-də 50,9, 2012-də 51,2, 2013-cü ildə isə sutkada 51,4 milyon barel neft təchiz edəcəklər.

OPEK-in məruzəsində bildirilir ki, İƏİT ölkələrinin təchizatının həcmi 2009-cu ildən 2013-cü ilə qədər azalacaq. Lakin bu dövr üçün Rusiya, Braziliya və Xəzər regionuna təchizatın artması ilə kompensasiya olacaq.

Neft hasilatının ümumi azalması 2013-cü ilə qədər İƏİT ölkələrində 8 faiz, inkişaf etmiş ölkələrdə isə 4 faiz təşkil edəcək.

OPEK-ə daxil olmayan ölkələrin neft təchizatının həcmi 2020-ci ildə sutkada 54,3, 2030-cu ildə isə sutkada 56,3 milyon barel təşkil edəcək. 

OPEK-in qiymətləndirməsinə görə, 2008-ci ildə kartelin sübut olunmuş ehtiyatı hasilatın ixtisarına baxmayaraq 75 milyard bareldən bir trilyon barelə qədər artırılıb. Keçən il OPEK-in hasilatı sutkada orta hesabla 1 milyon barelə qədər artırlıb. O zaman OPEK-ə daxil olmayan ölkələrdə hasilat sutkada 0,5 milyon barel azaldılmışdı.   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti