...

Azərbaycan neftinin qiyməti: 6-10 iyul həftəsinin yekunları

Energetika Materials 13 İyul 2009 13:27 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 6-10 iyul həftəsinin yekunları

Azərbaycan, Bakı, 13 iyul / Trend , müxbir A.Bədəlova /

6-10 iyul həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin orta qiyməti $61,7/barr. təşkil edib.

6-10 iyul həftəsində AZERI LT neftinin maksimal qiyməti $64,13/barr, minimal qiyməti isə $59,66/barr təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

6-10 iyul həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $60,04/barr təşkil edib. 6-10 iyul həftəsində URALS neftinin maksimal qiyməti $62,31/barr, minimal qiymət isə $58,42/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

6-10 iyul həftəsində Brent Dated neftinin orta qiyməti $60,6/barr təşkil edib. Ötən həftə Brent neftinin maksimal qiyməti $63,1/barr, minimal qiymət isə $58,76/barr təşkil edib. Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]  

Xəbər lenti

Xəbər lenti