...

Azərbaycanın Gürcüstandakı Qaradəniz neft terminalı yükboşaltmanın həcmini açıqlayıb

Energetika Materials 22 İyul 2009 16:18 (UTC +04:00)
2009-cu ilin ilk yarımilində ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kulevi (Gürcüstan) Azərbaycan Qaradəniz neft terminalından təxminən bir milyon ton neftdaşıma yükləri keçirilib. Bu barədə çərşənbə günü terminaldakı mənbədən bildirilib.

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir E.İsmayılov /

2009-cu ilin ilk yarımilində ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kulevi (Gürcüstan) Azərbaycan Qaradəniz neft terminalından təxminən bir milyon ton neftdaşıma yükləri keçirilib. Bu barədə çərşənbə günü terminaldakı mənbədən bildirilib.

"Terminalın işi normal rejimlə həyata keçirilir və birinci yarımilin yekununa görə, yükboşaltmanın həcmi təxminən bir milyon ton olub", - mənbə deyilib.

Bu ilin sonuna qədər terminalda neftdaşıma yüklərinin boşaldıb yüklənməsi proqnozlarını mənbə bildirməyib. "İlin yekununa görə nəticələr barədə danışmaq hələ tezdir", - mənbədən bildirilib. 

ARDNŞ-dəki başqa mənbənin bir müddət əvvəl bildirdiyi kimi, 2008-ci ildə şirkətin Kulevidəki neft terminalından təxminən 1,5 milyon ton neftdaşıma yükləri keçirilib. 

Kulevidəki terminal mayda işə salınıb, neft məhsullarının faktiki boşaldıb yüklənməsinə iyun ayından etibarən başlanılıb. 

Kulevidəki neft terminalı öz işinə keçən ilin yayından başlayıb. Terminalın ümumi yükboşaltma gücü üç milyon neft, üç milyon dizel yanacağı, dörd milyon ton mazut daxil olmaqla ildə 10 milyon ton neftdaşıma yükləri təşkil edir. Terminal eyni vaxtda 168-ə qədər vaqon-sistern qəbul edə bilər. Rezervuar parkının ümumi həcmi 320 min kubmetrdir. İki il ərzində terminalın buraxılış qabiliyyətinin 15-20 milyon tona qədər artırılması planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti