...

Bakıda qaz istehlakı azalıb

Energetika Materials 28 İyul 2009 16:39 (UTC +04:00)
Hazırda "Bakqaz" İstehsalat Birliyi (Bakıda qazpaylayıcısı və satıcısı) tərəfindən Bakı şəhərinin qaz sisteminə orta sutkalıq qaz verilişi 3,4 milyon kubmetr təşkil edir. Ötən ilin analoji dövründə bu göstərici 4,2 milyon kubmetr təşkil edib.

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir E.İsmayılov /

Hazırda "Bakqaz" İstehsalat Birliyi (Bakıda qazpaylayıcısı və satıcısı) tərəfindən Bakı şəhərinin qaz sisteminə orta sutkalıq qaz verilişi 3,4 milyon kubmetr təşkil edir. Ötən ilin analoji dövründə bu göstərici 4,2 milyon kubmetr təşkil edib. Bu barədə cümə günü İB-dəki mənbə bildirib.

"Sistemə istehlakçıların tələbatına müvafiq olaraq qaz verilişinin həcmi sabitləşib və hazırda qazın verilişi sutkada 3,4 milyon kubmetr təşkil edir", - deyə mənbədən bildirilib.

Əvvəlcədən mənbədən bildirildiyi kimi, yanvar-iyun aylarında paytaxtın qaz sisteminə 1,5 milyard kubmetr məişət qazı ötürülüb. İyun ayında paytaxtın qaz sisteminə 114 milyon kubmetr qaz verilib, may ayında bu göstərici 141 milyon kubmetr təşkil edib. Aprel ayında Bakının qaz sisteminə 226 milyon kubmetr qaz verilib.

Qaz istehlakının azalmasının səbəbi yay mövsümünün başlanması ilə əlaqədardır.

Ötən ildə İB Bakının qaz sisteminə 2,45 milyard kubmter qaz verib.

2008-ci ildə İB şəhərin qaz sisteminə qaz verilişinin mövsümi rejimindən imtina edib. Bundan sonra ötürülən qazın həcmi istehlakçıların tələbatı əsasında müəyyən edilir. Mövsümi rejimin tətbiqi əhalinin əksəriyyətində sayğacların olmaması ilə əlaqədar idi ki, bunun da nəticəsində əhali qazdan qeyri-rasional şəkildə istifadə edib. Hazırda abunəçilərin 100 faizi qaz sayğacları ilə təmin edilib. Əvvəllər yay mövsümündə qazın verilişi 3-4 milyon kubmetr, qışda isə 10-13 milyon kubmetr təşkil edirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti