...

Türkmənistanın "Nabukko" layihəsinə qoşulması üçün kifayət qədər "mavi yanacaq" ehtiyatı var - Prezident Berdimuhammedov

Energetika Materials 12 Sentyabr 2009 14:31 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov bu gün ölkənin neft-qaz, energetika və geologiya sahəsinin işçilərini peşə bayramları münasibətilə təbrik edib.
Türkmənistanın "Nabukko" layihəsinə qoşulması üçün kifayət qədər "mavi yanacaq" ehtiyatı var - Prezident Berdimuhammedov

Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov bu gün ölkənin neft-qaz, energetika və geologiya sahəsinin işçilərini peşə bayramları münasibətilə təbrik edib. Məlumatı İTAR-TASS yayıb. Dövlət başçısı təbrik müraciətində qeyd edib ki, Türkmənistan dünyanın neft-qaz resursları ilə zəngin ölkələrindən biridir.

Qazın dünya bazarlarına çatdırılması marşrutunun diversfikasiyasından danışan Berdimuhammedov qeyd edib ki, Türkmənistanın ümummaraq doğuran "Nabukko" layihəsinə qoşulması üçün kifayət qədər mavi yanacaq ehtiyatı var.

Dövlət basşçısı, həmçinin "Əsrin inşası" adını alan və işə salınması cari ilin sonuna təyin edilən "Türkmənistan-Çin" qaz kəmərinin inşasının yüksək templə davam etdiyini deyib. Berdimuhammedov Türkmənistan təbii qazının Əfqanıstana daşınması, Pakistan və Hindistanda tranzit olunması perspektivinin mümkünlüyünü istisna etməyib.

Xəbər lenti

Xəbər lenti