...

Özbəkistan Prezidenti Türkmənistan-Çin qaz xəttinin açılış mərasimində iştirak edəcək

Energetika Materials 3 Oktyabr 2009 13:23 (UTC +04:00)
Özbəkistan Prezidenti İslam Kərimov Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedovla telefon danışığı zamanı onun ölkəsi və Qazaxıstan ərazisindən keçən Türkmənistan-Çin qaz boru kəmərinin açılış mərasimində iştirak edəcəyini təsdiq edib.
Özbəkistan Prezidenti Türkmənistan-Çin qaz xəttinin açılış mərasimində iştirak edəcək

Türkmənistan, Aşqabad, 03 oktyabr / Trend , müxbir H.Həsənov/

Özbəkistan Prezidenti İslam Kərimov Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedovla telefon danışığı zamanı onun ölkəsi və Qazaxıstan ərazisindən keçən Türkmənistan-Çin qaz boru kəmərinin açılış mərasimində iştirak edəcəyini təsdiq edib.

Bu günlərdə özbək-türkmən transmilli magistral sahələrinin birləşdirilməsi həyata keçirilib.

Türkmənistan dövlət mətbuat xidmətindən bu gün verilən məlumata görə, dekabrın ortalarına planlaşdırılan açılış mərasiminə "dünyanın ən uzun qaz kəməri"nin ərazisindən keçdiyi ölkələrin dövlət başçıları dəvət olunub. ÇXR və Qazaxstan Respublikasının dövlət başçıları da açılış mərasimində iştirak edəcəklərini bir müddət əvvəl təsdiq ediblər.

Müqaviləyə əsasən, Çin 30 il müddətində hər il 40 milyard kubmetr olmaqla Türkmənistandan qaz alacaq. Bundan başqa, Çinin CNPC şirkəti Amudəryanın sağ sahillərində yerləşən "Bəxtiyarlıq" yatağında qazıntılar aparmaq üçün Türkmənistan dövlətindən uzunmüddətli lisenziya alıb. Qeyd edək ki, bu yataq gələcək şəbəkə üçün əsas xammal bazası olacaq.

Məlumata əsasən, Kərimov həmçinin Berdimuhammedovu Türkmənistanın müstəqilliyinin 18-ci ildönümü (27 oktyabr 2009-cu il) münasibətilə təbrik edib, ona və türkmən xalqına uğurlar arzulayıb.

Berdimuhammedov da hökumətlərarası dialoqu yüksək qiymətləndirib. Tərəflər həmçinin əvvəlki razılaşmaların gedişatı barədə fikir mübadiləsi aparıblar. İkitərəfli və regional məsələlərin həlli yolları da müzakirə mövzusu olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti