...

ABŞ neftin qiymətinin artacağını proqnozlaşdırır

Energetika Materials 7 Oktyabr 2009 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir A.Bədəlova/

ABŞ-ın Dövlət Enerji İdarəsi (EİA) gələn ilin qışında Amerikanın WTI markalı yüngül neftinin qiymətinin $75/barel olacağını proqnozlaşdırır.

EIA-nın oktyabr ayındakı hesabatında deyildiyi kimi, neftin qiymətində artım dünyada iqtisadiyyatın, xüsusilə də ABŞ iqtisadiyyatının yaxşılaşması ilə bağlı olacaq. EIA-nın proqnozlarına görə, 2010-cu ildə dünyada ÜDM 2.6 faiz artacaq, bu halda ABŞ-da bu göstərici 1.8 faiz təşkil edəcək.

EIA-nın proqnozlarına görə, oktyabr-mart aylarında WTI-nin qiyməti $70/barel olub ki, bu da keçən ilki analoji dövrlə müqayisədə $19/barel çoxdur.

Bu həftə WTI-nin qiyməti son on gün ərzində maksimum həddə çatıb. Çərşənbə axşamı olan satışa görə, oktyabrın 6-da Nyu-York birjasında fyuçers müqaviləsi ilə WTI-nin noyabr üzrə qiyməti 0.47 dollar artaraq $70.88/barelə çatıb. Fyuçers müqaviləsi ilə Brent markalı neftin qiyməti 0.52c dollar artaraq $68.56/barelə çatıb.

Dövlət Enerji İdarəsi (EİA) ABŞ-ın Enerji üzrə Departamentinin statistik agentliyidir. Agentlik 1997-ci ildə Konqres tərəfindən yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti