...

Şəmkir HES-in gücü xeyli artırılıb

Energetika Materials 13 Oktyabr 2009 15:48 (UTC +04:00)
AzerEnerji ASC-nin çərşənbə axşamı yaydığı məlumata əsasən, Şəmkir hidroelektrik stansiyasında 380 meqavat gücündə olan iki hidroaqreqat daşqın suyunun yığılıb-axıdılmasını uğurla həyata keçirib və hazırda normal işlək vəziyyətdədir.
Şəmkir HES-in gücü xeyli artırılıb

Azərbaycan, Bakı, 13 oktyabr / Trend /

AzerEnerji ASC-nin çərşənbə axşamı yaydığı məlumata əsasən, Şəmkir hidroelektrik stansiyasında 380 meqavat gücündə olan iki hidroaqreqat daşqın suyunun yığılıb-axıdılmasını uğurla həyata keçirib və hazırda normal işlək vəziyyətdədir.

Məlumatda deyilir ki, 12 transformator, 330-110 kilovolt gücündə 12 ədəd hava elektrik açarı, 12 ədəd kompressor qurğusunda təmir işləri başa çatıb və hazırda bu qurğular normal iş rejimində fəaliyyət göstərir.

Şəmkir HES-in birinci aqreqatında keçən ilin dekabrında aparılan təmir işlərindən sonra, HES-in enerji mühərriklərinin gücü xeyli artıb. Hər iki stansiyada avadanlığın texniki təchizatı yerli mütəxəssislər tərəfindən həyata keçirilir. İşlər zavodun tələbələrinə uyğun olaraq aparılır. Bütün avadanlığın normal fəaliyyət göstərməsi diqqət mərkəzindədir. Hazırda hər iki stansiyadan əsas dispetçer qrafikinə uyğun istifadə olunur.

Hazırda Yenikənd HES-in istifadəsində olan və hər biri 37.5 meqavat gücündə olan dörd hidroaqreqatda təmir işləri aparılır. 110 kilovoltluq beş hava elektrik açarına, 12 müxtəlif güclü transformatora profilaktik baxış keçirilib. Bundan sonra stansiyanın bütün aqreqatları normal rejimdə işləyəcək.

Cari ilin avqustunda Yenikənd HES-in dördüncü hidroaqreqatında əsaslı təmir işləri başa çatıb. Sentyabrda isə üçüncü aqreqatda təmir işlərinə start verilib.

Xəbər lenti

Xəbər lenti