...

Türkiyə Azərbaycan qazının dəyər fərqinin ödənilməsi məsələsini müzakirə etməyə hazırdır - nazir

Energetika Materials 27 Oktyabr 2009 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr / Trend /

Türkiyə 2008-ci ilin aprel ayından sonra yaranan Azərbaycan qazının dəyər fərqinin ödənilməsi məsələsini müzakirə etməyə hazırdır. Bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız çərşənbə axşamı bildirib. Məlumatı CNN Türk yayıb.

Nazirin sözlərinə görə, hazırda tərəflərin mövqeləri müzakirə olunur. Türkiyə Azərbaycanın maraqlarına xələl gətirə biləcək addım atmaq niyyətində deyil.

Yaxın vaxtlarda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Şahdəniz" yatağının işlənməsi çərçivəsində Türkiyə ilə Azərbaycan qazının qiyməti məsələsinə dair razılaşma imzalamağı planlaşdırır.

Bu gün Azərbaycanın Türkiyəyə tədarük etdiyi qazın 1000 kubmetrinin qiyməi 120 dollardır. Bununla yanaşı olaraq, Türkiyənin daxili bazarında istehlak qazının 1000 kubmetrinin məbləği 380 dollara yaxındır.

Türkiyə ilə bağlanmış müqavilədə göstərilir ki, "Şahdəniz" yatağından olan qazın məbləği məsələsinə tədarükdən bir il sonra baxılacaq, yəni yeni qiymətlər 15 aprel 2008-ci ildən tətbiq ediləcək.

Müqaviləyə müvafiq olaraq, Türkiyə bu layihənin işlənməsinin birinci mərhələsi çərçivəsində "Şahdəniz" yatağından 6,6 milyard kubmetr qaz almalıdır.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz. Bu yataqda ümumi qaz ehtiyatı 1,2 trln. kubmetr həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti