...

Transxəzər qaz kəmərinin reallaşma dinamikası Nabukko üzrə tərəqqidən asılıdır- ekspert

Energetika Materials 5 Fevral 2010 11:12 (UTC +04:00)
Aİ-nin dəstəklədiyi "Nabukko" qaz kəməri layihəsi üzrə danışıqlarda irəliləyiş yaranacağı halda Xəzər dənizinin dibi ilə Azərbaycan və Türkmənistanın qoşulacağı "Transxəzər" qaz kəmərinin reallaşmasında dinamika yarana bilər. Regional neft-qaz bazarında işləyən ekspert hesab edir.

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir E.İsmayılov/

Aİ-nin dəstəklədiyi "Nabukko" qaz kəməri layihəsi üzrə danışıqlarda irəliləyiş yaranacağı halda Xəzər dənizinin dibi ilə Azərbaycan və Türkmənistanın qoşulacağı "Transxəzər" qaz kəmərinin reallaşmasında dinamika yarana bilər. Regional neft-qaz bazarında işləyən ekspert hesab edir.

Onun fikrincə, 10 il əvvəl irəli sürülən Transxəzər qaz kəmərinin tikilməsi ideyası daha aktualdır. Mövcud beynəlxalq qanunlar bu qaz kəmərinin tikintisinə və onun vasitəsilə dünya bazarına qaz ötürməyə imkan verir.

"Nabukko və digər yanaşı layihələr (Cənub Dəhlizi) dayandırılıb, danışıqlarda tərəqqi yoxdur. Əgər onlarda tərəqqi mövcud olsaydı, bu zaman Transxəzər qaz kəmərində də yeni dinamika meydana gələrdi", - ekspert cümə axşamı deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkmənistan kimi qaz istehsalçısı olan ölkələrə tranzit ölkələrinin şərtlər diktə etməməsi vacibdir.

"Enerji resurslarının nəqlinin eyni zamanda bir neçə imkanlarının olması və tranzit-inhisarçı qismində heç kəsin çıxış etməməsi, yəni vəziyyəti tamamilə idarə etməməsi lazımdır", - ekspert hesab edir.

Ekspertin fikrincə, Türkmənistanın Transxəzər qaz kəmərinin payına düşəcək qazı bir neçə paralel layihələr üçün kifayət edəcək dərəcədən çoxdur.

Transxəzər qaz kəmərinin tikintisi Azərbaycan və Türkmənistan arasında milli sektorların müxtəlif bölüşdürmə metodlarının olması səbəbindən Xəzərin statusuna dair həll edilməmiş məsələləri özündə birləşdirir. Bunun nəticəsində ölkələr sərhəddə olan "Kəpəz" yatağının işlənilməsinə başlaya bilmir.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti