...

Azərbaycanın "Şahdəniz"dən əldə etdiyi qazın həcmi xeyli artıb

Energetika Materials 1 Mart 2010 19:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart / Trend /

Azərbaycan "Şahdəniz" qaz kondensat yatağından 2009-cu ilin yanvar ayındakı 214,4 milyon kubmetrə nisbətdə 2010-cu ilin yanvarında 278 milyon kubmetr qaz əldə edib. Bu barədə ARDNŞ məlumat verib.

Yanvar ayında əldə olunan ümumi qaz həcminin təxminən 60 milyon kubmetri "Şahdəniz" yatağında ARDNŞ-ın payına düşür, qalan hissə isə, yəni 219 milyon kubmetr ARDNŞ tərəfindən alınıb.

Bu il "Şahdəniz" yatağından 7,6 milyon kubmetr qaz hasilatı planlaşdırılır.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) -25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, ARDNŞ - 10 faiz.

Hazırda qaz Cənubi Qafqaz qaz kəməri ilə Gürcüstan və Türkiyəyə nəql olunur.

Xəbər lenti

Xəbər lenti