...

Palmali şirkətlər qrupu Azərbaycan qazının daşınması üçün yeni gəmi alıb

Energetika Materials 29 Mart 2010 19:21 (UTC +04:00)
Palmali International Holding yeni ilk qazdaşıyan gəmi alıb. Gəmi Azərbaycanın şərəfinə "Azəri Qaz" adlanır.
Palmali şirkətlər qrupu Azərbaycan qazının daşınması üçün yeni gəmi alıb

Azərbaycan, Bakı, 29 mart / Trend /

Palmali International Holding yeni ilk qazdaşıyan gəmi alıb. Gəmi Azərbaycanın şərəfinə "Azəri Qaz" adlanır. Bu barədə şirkətin məlumatında deyilir.

7155 dedveytli gəmi maye karbohidrogen qazının daşınması üçün nəzərdə tutulub.

Qazdaşıyan gəmi 2002-ci ildə Yaponiyanın Watanabe Shipyard tərsanəsində inşa edilib. Gəmiyə KM * GAS CARRIER TYPE 2PG (LPG) Rusiya qeydiyyatı verilib. Uzunluğu 119 metr, eni 18,80 metr, suya oturumu 6,76 metr, heyəti 16 nəfər, sürəti 15 milədəkdir.

Üzmə rayonları məhdudiyyətsizdir.

Qazdaşıyan gəminin Azərbaycan yataqlarında neft hasilatı zamanı əldə olunan səmt neft qazından istehsal olunan qazın nəqli üçün istifadə olunması planlaşdırılır.

Cari il ərzində şirkət daha bir qazdaşıyan gəmi almağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti