...

ARDNŞ Azərbaycanın cənub rayonlarının qaz təminatını yaxşılaşdırır

Energetika Materials 13 May 2010 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azərbaycanın Astara rayonunun (ölkənin cənubu) qaz təchizatının yaxşılaşdırılması üzrə işlər aparır. Bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, işlər 2005-2015-ci illərdə ölkənin yanacaq-energetika kompleksinin inkişafı proqramı, o cümlədən 2009-2013-cü illər ölkə regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində aparılır.

O cümlədən Astara rayonunun Kakalos, Şiyəkəran, Kolatan, Bala-Şahağac və Şahağac kəndlərinə qaz təminatının yaxşılaşdırılması məqsədilə 159 millimetrlik polietilen qaz kəmərinin qaynağına başlanılıb. Həmçinin Astara rayonunun Səməd Vurğun küçəsində üç kilometr uzunluğunda polad qaz kəmərinin çəkilməsi işləri aparılır. 1200 metr qaz kəməri artıq çəkilib.

Qapıçıməhəllə və Alaşa kəndlərində halqavari qaz təchizatı sısteminin yaradılması çərçivəsində iki kilometr uzunluğunda qaz kəmərinin tikintisi və 300 metrlik kəmərin salınması işləri aparılır ki, bu da artıq bitmək üzrədir.

Xəbər lenti

Xəbər lenti