...

Azərbaycanla Türkiyə arasında saziş Cənub dəhlizi çərçivəsində layihələr üçün inkişafa yol açır – layihələrin nümayəndələri

Energetika Materials 8 İyun 2010 12:53 (UTC +04:00)
Azərbaycanla Türkiyə arasında qaz sazişinin imzalanmasına Cənub dəhlizi çərçivəsində Avropaya qaz nəqlinin mənbələri və marşrutlarının şaxələndirilməsinə yönələn layihələrin reallaşdırılması yollarında müsbət addım kimi baxılmalıdır.
Azərbaycanla Türkiyə arasında saziş Cənub dəhlizi çərçivəsində layihələr üçün inkişafa yol açır – layihələrin nümayəndələri

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir A.Bədəlova/

Azərbaycanla Türkiyə arasında qaz sazişinin imzalanmasına Cənub dəhlizi çərçivəsində Avropaya qaz nəqlinin mənbələri və marşrutlarının şaxələndirilməsinə yönələn layihələrin reallaşdırılması yollarında müsbət addım kimi baxılmalıdır.

Cənub dəhlizi layihəsinin nümayəndələrinin bəyanatlarına görə, Azərbaycan qazının Türkiyə ərazisi ilə nəqlinin şərtlərini müəyyən edən saziş bu layihələrin, eləcə də "Nabucco" və TABK (Transadriatik boru kəməri) layihələrinin reallaşdırılmasına kömək edəcək nailiyyətdir.

"Saziş Transadriatik boru kəməri layihəsinin gələcək inkişafı üçün yol açır", - layihənin rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

Bu həftə Azərbaycanla Türkiyə arasında "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci və ikinci mərhələsi çərçivəsində qazın qiyməti və Türkiyə ərazisindən Azərbaycan qazının tranziti üzrə saziş imzalanıb.
"TABK hər iki ölkənin önəmli uğuru olan bu çoxdan gözlənilən sazişi alqışlayır. TABK gələcəkdə də "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatına başlamağa hazır olmaq üçün fasiləsiz irəliləyiş gözləyir". Bu barədə TABK layihəsinin xarici əlaqələr üzrə direktoru Maykl Hoffman (Michael Hoffmann) bildirib.
Transadriatik boru kəməri layihəsi qazın Xəzər dənizi və Yaxın Şərqdən Avropaya ixrac olunması üçün nəzərdə tutulub. Qaz kəməri öz başlanğıcını Yunanıstandan götürəcək, Albaniya ərazisindən və Adriatik dənizindən keçəcək, daha sonra İtaliyayadək uzanacaq. Qaz kəməri Albaniyadan İtaliyaya qədər 115 kilometrlik sualtı sahəyə qoşulub.

Xəzər dənizi regionundan və Yaxın Şərqdən Aİ ölkələrinə qaz idxalını nəzərdə tutan "Nabucco" qaz kəməri layihəsi konsorsiumu da Azərbaycanla Türkiyə arasında sazişin imzalanmasını müsbət qiymətləndirir.

"Bu, doğru istiqamətə bir addımdır", - layihə konsorsiumunun icraçı-direktoru Reynhard Mitçek bildirib.

Dəyəri 7,9 mlrd avro olan "Nabucco" qaz kəmərinin tikintisi 2011-ci ilə nəzərdə tutulub. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd kubmetr təşkil edəcək. Qaz kəmərinin tikintisi 2010-cu ilə planlaşdırılıb. Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər - 16,67 faiz paya malikdir.

Azərbaycanın işlənməkdə olan "Şahdəniz" yatağı dünyada ən iri yataqlardan biridir. 2016-2017-ci illərdə üzrə planlaşdırılan ikinci mərhələ Cənub dəhlizi çərçivəsində "Nabucco", ITGI və "Bəyaz" axın kimi digər qaz kəmərlərinin də doldurulması üçün əsas olacaq. "Şahdəniz-2"dən qaz ixracına başlamaq üzrə ARDNŞ və avropalı səhmdarlar arasında göstərilən qaz kəmərləri, eləcə də TABK-lə bağlı danışıqların başlanması bu layihələrdən biri üzrə investisiya qərarının qəbul edilməsindən asılıdır.

Xəbər lenti

Xəbər lenti