...

Yanvar-may aylarında Azərbaycanda elektrik stansiyalarına 1,7 milyard kubmetrə yaxın qaz göndərilib

Energetika Materials 18 İyun 2010 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Yanvar-may aylarında "Azərenerji" Səhmdar Cəmiyyətinə (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) yanacaq kimi 1,7 milyard kubmetr qaz verilib. 2009-cu ilin analoji dövründə bu rəqəm 2,1 milyard kubmetrə yaxın olub. Bu barədə "Azərenerji"yə qaz tədarükünü həyata keçiriən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumat verilib.

Mayda "Azərenerji"yə ötən ilin analoji dövründəki 321 milyon kubmetr qaza qarşı 227,8 milyon kubmetr qaz verilib.

2009-cu ildə "Azərenerji"yə 4,32 milyard kubmetrə yaxın qaz verilib. 2008-ci ildə bu göstərici 4,95 milyard kubmetr, 2007-ci ildə isə 3,4 milyard kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti