...

"Azərenerji" böyük istilik-elektrik stansiyasında işləri davam etdirir

Energetika Materials 13 İyul 2010 14:00 (UTC +04:00)

Аzərbaycan, Bakı, 13 iyul /Trend/

"Azərenerji" ASC (Azərbaycanda elektrik enerjisi istehsalatı və paylanması) Qafqazda iri elektrik stansiyası - Azərbaycan İES-də təmir işlərini davam etdirir, - ASC-dən verilən məlumatda deyilir.

Hər biri 300 mbt gücünə malik 8 enerji blokundan ibarət elektrik stansiyasında işlər qrafikə uyğun aparılır.

İyunda stansiyada 304,9 milyon kilovat-saatdan çox elektrik enerjisi hasil edilib ki, bu da proqnozlaşdırılmış 1 milyon kilovat-saatdan çoxdur.

Altı ay müddətində proqnozlaşdırılmış 2,47 milyard kilovat-saat əvəzinə, 2,5 milyard kilovat-saata yaxın elektrik enerjisi hasil edilib.

Hazırda stansiyada hər biri 20 min kubmetr olan 6 ehtiyat mazut çənlərinin inşası üzrə işlər başa çatdırılır.Yardımçı texnoloji avadanlıq quraşdırılır.

Xəbər lenti

Xəbər lenti