...

Azərbaycanda neft və qaz hasilatı artıb

Energetika Materials 14 İyul 2010 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Yanvar-iyun ayları ərzində Azərbaycanda 25,3 milyon ton neft və kondensat hasil edilib ki, bu da 2009-cu ilin analoji dövr göstəricisini 2,1 faiz üstələyir. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Yanvar-iyunda Azərbaycanda qaz hasilatı 13,1 milyard kubmetrdən çox olub ki, bu da ötən ilin anoloji dövründə qeydə alınan göstəricidən 9,9 faiz çoxdur.

Yanvar-iyun aylarında Azərbaycanda 9,5 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin analoji dövrünə olan göstəricidən 6 faiz azdır.

Su elektrik stansiyalarının istehsal etdiyi elektrik enerjisinin həcmi 2,2 milyard kilovat-saatdan çox olub ki, bu da ötən ilin müvafiq dövr göstərcisindən 2,2 dəfə çoxdur. Belə artım Kür və Araz çaylarının su səviyyəsinin artması ilə izah olunur.

Xəbər lenti

Xəbər lenti