...

ARDNŞ qaz ixracını artırıb

Energetika Materials 30 İyul 2010 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul / Trend /

ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) 2010-cu ilin yanvar-iyun aylarında 925,3 milyon kubmetr qaz ixrac edib. Ötən ilin analoji dövründə bu göstərici 550,87 milyon kubmetr təşkil edib. Bu barədə ARDNŞ-in məlumatında deyilir.

ARDNŞ ötən ilin analoji dövründəki 41,83 milyon kubmetrə nisbətdə bu ilin iyununda 131,5 milyon kubmetr qaz ixrac edib.

Bu gün ARDNŞ Rusiya və Gürcüstana öz qazını ixrac edir.

Şirkətin Gürcüstana öz qazının nəqli onun Gürcüstanın qaz bazarında fəaliyyəti çərçivəsində Azərbaycanın Qazax rayonunda iki ölkəni birləşdirən boru kəməri vasitəsilə həyata keçirilir. Bu kəmərlə qaz nəqlinin gücü ildə üç milyard kubmetrə yaxın təşkil edir.

Azərbaycan qazının Rusiyaya nəqlinə bu ilin yanvarından başlanılıb və "Mozdok-Qazıməmməd" boru kəməri vasitəsilıə həyata keçirilir. Kəmər ildə beş milyard kubmetrədək buraxılış qabiliyyətinə malikdir. 2007-ci ilədək bu kəmərlə Azərbaycana 4,5 milyard kubmetr qaz idxal olunub. Lakin sonralar Azərbaycan Rusiya qazının idxalından imtina edib.

Xəbər lenti

Xəbər lenti