...

"Nabukko" konsorsiumu boruların tədarükü üzrə seçim öncəsi tenderi təxirə salıb

Energetika Materials 31 İyul 2010 12:13 (UTC +04:00)

Аzərbaycan , Bakı, 30 iyul /Trend, müxbir A.Bədəlova/

Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın nəqlini nəzərdə tutan "Nabukko" qaz kəməri layihəsi konsorsiumu boruların tədarükü üzrə seçim öncəsi tenderi təxirə salıb. Bloomberg "Nabukko" layihəsinin Vyanadakı nümayəndəsi Qabriel Eqartnerə istinadən yazır ki, vaxtın uzadılmasına səbəb tenderdə iştirak etmək üçün daxil olan ərizələrin sayının çox olmasıdır.

"Gözlədiyimizdən də çox iştirakçı alınıb", - Eqartner deyib. Onun sözlərinə görə, iddiaçıların tam siyahısı yoxlanıldıqdan sonra tender davam edəcək.

Layihə konsorsiumu "Nabukko" qaz kəmərinin inşası üçün uzunmüddətli istifadə mallarının (borular, boru kəməri armaturu) tədarükü üzrə seçim öncəsi tenderin başlanmasını aprel ayında elan edib. Tender paketinin ümumi dəyəri 3,5 milyard avro təşkil edir.

Tenderdə iştirak etməkdə maraqlı olan tərəflərdən biri Almaniyanın "Europipe" şirkətidir.

Dəyəri 7,9 milyard avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti