Azərbaycan, Bakı, 9 avqust /Trend/
ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) Pirallahı adasında iki neft quyusu istismara verib. Bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.
Məlumatda deyildiyi kimi, Kompleks Qazma İşləri Trestinin "Abşeron" Qazma İşlər İdarəsi tərəfindən Girməki altı lay dəstinə qazılmış quyu 670 metrdən sutkada 4 ton neft verir. Bundan başqa, yataqda daha bir quyu qazmadan sonra istismara verilib. "Abşeron" Qazma İşlər İdarəsi tərəfindən Girməki altı lay dəstinə qazılmış həmin 1059 nömrəli quyu 700 metr dərinlikdən sutkada 4 ton neft hasilatı ilə işləyir. Qeyd edək ki, quyular "Abşeronneft" NQÇİ-nin sifarişi ilə qazılıb.
Azərbaycanda 59 neft-qaz yatağı mövcuddur ki, onlardan 18-i dənizdə, qalanları isə quruda yerləşir.