Azərbaycan, Bakı, 6 sentyabr /Trend/
"Ernst&Young" şirkəti Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010, 2011 və 2012-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirəcək. Bu barədə bazar ertəsi Fonddan verilən məlumatda deyilir.
Şirkət seçimi üçün ARDNF xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirib.
Azərbaycanda fəaliyyət göstərən nüfuzlu beynəlxalq şirkətlər tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində "Ernst&Young"ın təklifi daha münasib hesab olunub.