...

Türkiyənin Ceyhan limanından bir milyard barel neft yola salınıb

Energetika Materials 13 Sentyabr 2010 13:24 (UTC +04:00)
Sentyabrın 13-nə olan məlumata görə, 2006-cı il iyunun 2-dən indiyədək "Botas International Limited (BIL)" Türkiyənin Ceyhan limanından Bakı-Tbilisi-Ceyhan vasitəsilə bir milyard barel neft göndərib. Bu barədə şirkətin rəsmi internet-saytında yerləşdirilən məlumatda deyilir.

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.İsmayılov/

Sentyabrın 13-nə olan məlumata görə, 2006-cı il iyunun 2-dən indiyədək "Botas International Limited (BIL)" Türkiyənin Ceyhan limanından Bakı-Tbilisi-Ceyhan vasitəsilə bir milyard barel neft göndərib. Bu barədə şirkətin rəsmi internet-saytında yerləşdirilən məlumatda deyilir.

BIL Türkiyənin Dövlət Boru Kəməri Şirkəti "Botaş" tərəfindən xarici şirkətlərlə əməkdaşlıq üçün yaradılıb. 2001-ci ildə BIL BTC-nin istismar edilməsi məqsədilə yenidən təşkil olunub.

Məlumatda deyildiyi kimi, bu müddət ərzində terminalda 1 274 tanker yüklənib.

BTC neft kəmərinin ümumi uzunluğu 1 768 km-dir. Bunun 443-ü Azərbaycan, 249-u Gürcüstan, 1 076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisi 2003-cü ilin aprelində, onun neftlə doldurulması isə 2005-ci il mayın 18-də başlayıb.

"BTC Co"nun səhmdarları bunlardır: bp (30,1 faiz); AzBTC (25 faiz); "Chevron" (8,90 faiz); "Statoil" (8,71 faiz); ТРАО (6,53 faiz); "Eni" (5 faiz); "Total" (5 faiz); "Itochu" (3,40 faiz); "Inpex" (2,50 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Amerada Hess" (2,36 faiz).

Xəbər lenti

Xəbər lenti