...

Bu il Azərbaycan 7,4 milyard kubmetr qaz ixrac etmək fikrindədir

Energetika Materials 15 Sentyabr 2010 13:26 (UTC +04:00)
"Biz Türkmənistanın hər bir vətəndaşının İnternet və müasir rabitə texnologiyalarından istifadəsinə şərait yaradırıq və telekommunikasiyanın intensiv inkişafına böyük əhəmiyyət veririk", - bu barədə Prezident Qurbanqulu Berdıməhəmmədovun müraciətində deyilir.
Bu il Azərbaycan 7,4 milyard kubmetr qaz ixrac etmək fikrindədir

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Biz Türkmənistanın hər bir vətəndaşının İnternet və müasir rabitə texnologiyalarından istifadəsinə şərait yaradırıq və telekommunikasiyanın intensiv inkişafına böyük əhəmiyyət veririk", - bu barədə Prezident Qurbanqulu Berdıməhəmmədovun müraciətində deyilir.

Onun sözlərinə görə, Rusiyaya bir milyard kubmetr, Gürcüstana 1,4 milyard kubmetr, Türkiyəyə beş milyard kubmetrə yaxın qaz ixrac olunub.

Rusiyaya qaz ixracı 2009-cu ildə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə "Qazprom" şirkəti arasında imzalanan ortamüddətli müqavilə çərçivəsində həyata keçirilir. Sentyabrın əvvəllərində Bakıda imzalanmış həmin müqaviləyə görə, "Qazprom" 2011-ci ildən ildə iki milyard kubmetrədək, 2012-ci ildə isə iki milyard kubmetrdən çox qaz alacaq.

Gürcüstana qaz ixracı iki istiqamətdə həyata keçirilir. Gürcüstan qazın bir hissəsini "Şahdəniz" qaz-kondensat yatağından alır. Gürcüstanda 30-a yaxın qazpaylayıcı şəbəkəyə malik ARDNŞ-nin sərbəst şəkildə işlədiyi yataqlardan hasil olunan qazın yerdə qalan həcminin ixracını isə şirkət özü həyata keçirir.

Türkiyəyə qaz ixracı "Şahdəniz" yatağının birinci mərhələsinin işlənməsi çərçivəsində həyata keçirilir. Müqaviləyə görə, Türkiyə yataqda hasilatın ən yüksək həddi dövründə ildə 6,6 milyard kubmetr qaz alacaq.

Xəbər lenti

Xəbər lenti