...

Azərbaycan qaz ehtiyatını 5 trilyon kubmetrə qədər artırmaq niyyətindədir

Energetika Materials 17 Sentyabr 2010 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan sübut edilən qaz ehtiyatlarını 5 trilyon kubmetrə qədər çatdırmaqla, təkcə öz enerji təhlükəsizliyini deyil, həm də region və Avropanın digər ölkələrinin enerji təhlükəsizliyini təmin edə bilər. Bu barədə cümə günü Bakıda ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

"Hazırda ölkədə təsdiq edilən qaz ehtiyatı 2 trilyon kubmetr, o cümlədən, "Şahdəniz" yatağında 1,2 trilyon kubmetr və "Azəri-Çıraq-Günəşli" yatağında 300 milyard kubmetr qaz təşkil edir", - Yusifzadə bildirib.

Qaz ehtiyatlarının artırılması "Asiman", "Şəfəq", "Alov", "Şərq", "Abşeron", "Naxçıvan", Babək", "Ümid" perspektiv strukturlarının kəşfiyyatı hesabına nəzərdə tutulub. Bu strukturlarda güman edilən ehtiyatların ümumi həcmi 2,6 trilyon kubmetr qaz qiymətləndirilir.

Yusifzadənin qeyd etdiyinə görə, perspektivdə Azərbaycanda, əsasən, qaz yataqlarının açılması nəzərdə tutulub; belə ki, ehtiyatların yatımı 6 500 - 7000 dərinlikdə proqnozlaşdırılır. "Yatımın belə dərinliyində qaz ehtiyatlarının açılması imkanı çoxdur", - ARDNŞ-nin vitse-prezidenti deyib.

Xəbər lenti

Xəbər lenti