...

İranın "Cəfir" neft yatağı istismara hazırdır

Energetika Materials 30 Sentyabr 2010 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir A.Yusifzadə/

"Cəfir" neft yatağının istismarının birinci mərhələsinə başlamaq üçün hazırlıq işləri başa çatıb. Yataq yaxın vaxtlarda istismara veriləcək. Bu barədə İran Milli Neft Şirkətinin məlumatında deyilir.

Layihə 72 milyon dollar dəyərində qiymətləndirilir. İlkin mərhələdə proqnozlaşdırılan neft hasilatı sutkada 15 min barel təşkil edəcək. Birinci mərhələnin həyata keçirilmə müddəti iki ildir. İkinci mərhələdə isə həyata keçirilmə müddəti üç il olmaqla, hasilatın sutkada 25 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

"Cəfir" neft yatağı "Azadegan" neft yatağından 30 kilometr şərqdə və Əhvaz şəhərindən 70 kilometr cənub-qərbdə yerləşir. Onun inkişafına dair müqavilə "Belarusneft" və İran Milli Neft Şirkəti arasında 2007-ci ildə imzalanıb.

Xəbər lenti

Xəbər lenti