...

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı mövqe tuta bilər – Böyük Britaniyanın dövlət naziri

Energetika Materials 20 Oktyabr 2010 17:45 (UTC +04:00)
Zəngin enerji resursları Azərbaycana Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı rol üçün potensial verir. Bu sözləri Böyük Britaniyanın Avropa işləri üzrə dövlət naziri Devid Lidinqton Azərbaycan Dillər Universitetində "Azərbaycanın Avropada rolu" mövzusunda çıxış edərkən bildirib.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı mövqe tuta bilər – Böyük Britaniyanın dövlət naziri

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Y.Ostapenko/

Zəngin enerji resursları Azərbaycana Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı rol üçün potensial verir. Bu sözləri Böyük Britaniyanın Avropa işləri üzrə dövlət naziri Devid Lidinqton Azərbaycan Dillər Universitetində "Azərbaycanın Avropada rolu" mövzusunda çıxış edərkən bildirib.

"Azərbaycan qazının Cənub dəhlizi ilə Türkiyədən Avropaya tranziti Avropanı yeni və mühüm enerji mənbəyi ilə təmin edə bilərdi. Bu, qaz tədarükçüsü kimi, həm də Azərbaycan və enerji bazarına yeni ixrac yolları axtaran region ölkələri üçün sərfəli ola bilərdi", - Lidinqton bildirib.

Dövlət nazirinin sözlərinə görə, Azərbaycan, eləcə də Aİ-nin Şərq Tərədaşlığı Proqramında iştirak edən ölkələr üçün Aİ norma və standartlarına yaxınlaşma öz enerji bazarlarının Avropa bazarlarına yaxınlaşmasına kömək edir.

"Bunun üçün həm Azərbaycan tərəfdən, həm də Aİ tərəfdən təcrübə mübadiləsi vacibdir", - Lidinqton deyib.

Onun sözlərinə görə, Azərbaycanın enerji effektivliyi üzrə birgə işinin potensialı da var ki, bu da istehlakçılar üçün xərclərin azaldılmasını, daha sərfəli və daha effektiv bazarların yaradılmasını, qlobal iqlim dəyişiklikləri üzrə araşdırmaların aparılmasına kömək edə bilər.

Lidinqtonun səfərində məqsəd ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, Böyük Britaniya və Azərbaycan iş adamlarının əməkdaşlığının inkişaf etdirilməsidir.

Xəbər lenti

Xəbər lenti