...

Azərbaycan neftinin qiymətləri: 15-19 noyabr həftəsinin yekunları

Energetika Materials 22 Noyabr 2010 11:24 (UTC +04:00)
15-19 noyabr həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 86,86 dollar/barelə yaxın təşkil edib. Bu, ötən həftənin orta qiymətindən üç dollar/barel azdır.
Azərbaycan neftinin qiymətləri: 15-19 noyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.İsmayılov/

15-19 noyabr həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 86,86 dollar/barelə yaxın təşkil edib. Bu, ötən həftənin orta qiymətindən üç dollar/barel azdır.

15-19 noyabr həftəsində AZERI LT-nin maksimum qiyməti 87,36, minimum isə 85,04 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

15-19 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 81,8 dollar/barel təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən 3,8 dollar/barel azdır.

15-19 noyabr həftəsində URALS-ın maksimum qiyməti 83,5 dollar/barel, minimum isə 81dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

15-19 noyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 84,05 dollar/barelə yaxın təşkil edib ki, bu da əvvəlki həftənin orta qiymətindən 3,33 dollar/barel azdır.

15-19 noyabr həftəsində "Brent Dated"in maksimum qiyməti 85,47 dollar/barel, minimum isə 83,26 dollar/barel olub.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti