...

Azərbaycan yanvar-oktyabrda "Şahdəniz" yatağından 1,7 milyard kubmetrdən çox qaz əldə edib

Energetika Materials 25 Noyabr 2010 19:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Yanvar-oktyabr aylarında Azərbaycan "Şahdəniz" qaz-kondensat yatağından 2009-cu ilin analoji dövrünün 904 milyon kubmetrinə nisbətdə 1,7 milyard kubmetrdən çox qaz əldə edib. Bu barədə cümə axşamı ARDNŞ-nin məlumatında deyilir.

Yanvar-oktyabrda əldə edilən qazın ümumi həcmindən 477,8 milyon kubmetr ARDNŞ-nin "Şahdəniz" layihəsindəki iştirak payına, bu yataqdan qazın qalan hissəsi - 1,2 milyard kubmetrdən çox isə ARDNŞ tərəfindən alınıb.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%. "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Hazırda qaz Gürcüstan və Türkiyəyə Cənubi Qafqaz qaz kəməri ilə nəql olunur.

"Şahdəniz" yatağında bu ilə proqnozlaşdırılmış hasilat 7,84 milyard kubmetr qaz təşkil edir. Yataqda ən yüksək hasilat həddi 8,6-9 milyard həcmində nəzərdə tutulur. Proqnozlara əsasən, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində burada qaz hasilatı ildə 25 milyard kubmetrə çatdırıla bilər.

Xəbər lenti

Xəbər lenti