Türkmənistan, Aşqabad, 6 yanvar /Trend, müxbir H.Həsənov/
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun sərəncamına uyğun olaraq, "Türkmənqaz" Dövlət Konserni yanında Neft və Qaz İnstitutunun direktoru vəzifəsinə İrina Bayramova təyin edilib.
Əvvəllər bu vəzifəni müvəqqəti olaraq institutun direktorunun geoloji kəşfiyyat işləri üzrə müavini Annadurdu Meretgeldiyev icra edirdi.
Türkmənistan Mərkəzi Asiya regionunda ən iri təbii qaz tədarükçüsüdür. "Türkmənqaz" hazırda aşağıdakı fəaliyyət növləri ilə məşğul olur:
- qaz və qaz kondensat yataqlarının işlənməsi;
- qaz və qaz kondensatı hasilatı;
- təbii qazın emalı;
- qaz , qaz kondensatı və maye qazın nəqli;
- qaz və onun emal məhsullarınnı ixracı, eləcə də onların ölkə daxilində satışı;
- Türkmənistanın şərq hissəsində istismar quyularının qazılması;
- qarşılıqlı sərfəli xarici iqtisadi əlaqələrin yeni formalarının inkişafı.