...

ARDNŞ istixana effekti yaradan qazların atmosferə tullanmasının azaldılması üzrə işləri davam etdirir

Energetika Materials 12 Fevral 2011 15:15 (UTC +04:00)
Yaxın on il ərzində ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iqlim dəyişikliklərinə təsirin azaldılması üzrə strategiya çərçivəsində işlər həyata keçirmək fikrindədir. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin Ekologiya İdarəsinin şənbə günü yaydığı məlumatda deyilir.
ARDNŞ istixana effekti yaradan qazların atmosferə tullanmasının azaldılması üzrə işləri davam etdirir

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Yaxın on il ərzində ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iqlim dəyişikliklərinə təsirin azaldılması üzrə strategiya çərçivəsində işlər həyata keçirmək fikrindədir. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin Ekologiya İdarəsinin şənbə günü yaydığı məlumatda deyilir.

Strategiya ötən il ARDNŞ tərəfindən hazırlanıb və təsdiqlənib.

Həmçinin ötən il birgə müəssisə və əməliyyat şirkətlərinin mədənlərindəki istixana effekti yaradan qazların tullanması mənbələrinin inventarlaşdırılması işlərini başa çatdırıb. İl ərzində ARDNŞ atmosferə atılan səmt qazlarının azaldılması üzrə plan hazırlayıb və təsdiq edib. Bu plan çərçivəsində tədbirlər beş il ərzində həyata keçiriləcək.

Hazırda təmiz inkişaf mexanizmi çərçivəsində layihə ideyalarının hazırlanması və inkişafı üzrə işlər davam etdirilir. Eləcə də, "Neft Daşları" və "Palçıq pilpiləsi" yataqlarının balansında olduğu "Neft Daşları" NQÇİ tərəfindən səmt qazlarının atmosferə atılmasının azaldılmasına dair layihə sənədi artıq hazırlanıb. Sənəd validasiya prosesindən keçmə mərhələsindədir.

Təmiz inkişaf mexanizmi BMT-nin iqlim dəyişiklikləri konvensiyası çərçivəsində Kioto protokolu üzrə tullantıların həcmilərini müəyyənləşdirilmədiyi ölkələr üçün istixana qazlarının tullantısı həcmlərinin azaldılması ilə bağlı layihələr həyata keçirməyə imkan verir.

Təmiz inkişaf mexanizmi sərt qaydalar tətbiq etmək yolu ilə inkişaf edən sənayecə inkişaf etmiş ölkələrin məsuliyyətli investisiyalaşdırılmanı təşviq edir.

Xəbər lenti

Xəbər lenti