...

Avropaya Azərbaycan qazının çatdırılması daha effektlidir - BP

Energetika Materials 19 Fevral 2011 11:29 (UTC +04:00)

ABŞ, Vaşinqton, 19 fevral /Trend, xüsusi müxbir L.Katık/

Son onillik ərzində Xəzər regionundan Avropaya təbii qazın ixracında artım baş verəcək. Trend-in məlumatına görə, cümə günü Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində "Cənubi Qafqaza və Xəzərə münasibətdə ABŞ-ın strategiyası" adlı konfransda çıxış edən BP şirkətinin əməkdaşı Qreq Saunders belə deyib.

"Ümid edirəm ki, Xəzər regionundan Türkiyə vasitəsilə tranzitlə Avropa bazarlarına ixracın əhəmiyyətli dərəcədə artımı baş verəcək", - Saunders energetika bazarlarındakı hazırkı və gələcək tendensiyalara və "Cənub enerji dəhlizi"ndə Azərbaycanın potensialına qiymət verərkən bəyan edib.

BP nümayəndəsi Xəzər regionundan qaza tələbatın xeyli artacağını qabaqcadan bildirib. Onun qiymətləndirmələrinə görə, 2025-ci ilədək Xəzərdən Avropaya tədarük olunan qazın payı 5-10 faizə çatacaq.

Saunders bildirib ki, Xəzər regionundan resursların tədarükünə münaibətlə bağlı BP-nin 2009-cu ildəki statistik qiymətləndirmələrinə görə, Türkmənistan ən böyük sübut edilmiş resurslara malikdir, daha sonra Qazaxıstan və Azərbaycan gəlir. "Lakin əgər siz buna marketinq və Avropaya qaz nəqli nöqteyi-nəzərindən baxırsınızsa, o zaman buna tamamilə başqa prizmadan baxmalısınız".

"Qərb bazarlarına tədarük etmək üçün əlverişli qaz harada yerləşir? - Saunders sual verir. - Reallıqda tapılması mümkün olan ən yaxşı və nisbətən daha bol yer Azərbaycandır".

Saunders qabaqcadan xəbərdarıq edir ki, son vaxtlar Avropaya nəql olunan təbii qazın bolluğu müşahidə olunur və ona görə də bir çox ölkələr və şirkətlər ən yaxşı qiymət və böyük həcmlərə nail olmaq məqsədilə Rusiyanın "Qazprom" şirkəti ilə təkrar müqavilələr imzalayırlar.

Lakin BP nümayəndəsinin qiymətləndirmələrinə görə, bu onilliyin sonunda iqtisadi artım və iqlimin dəyişdirilməsi siyasəti bolluğun qıtlığa çevrilməsinə gətirib çıxaracaq.

"Əlavə qaz mənbələri axtarışına başlanılacaq və qaz tədarükünün şaxələndirilməsi baş verəcək", - o deyib.

"İlin sonunadək Azərbaycan qazının Avropaya ixrac həcmləri və yollarını biləcəyik", - BP nümayəndəsi qeyd edib.

2009-cu ilin yekunları üzrə dərc olunan "BP Statistical Review of World Energy" hesabatına görə, Türkmənistanın qaz ehtiyatları 8,1 trilyon kubmetr, Qazaxıstanın 1,82 trilyon kubmetr və Azərbaycanın 1,31 trilyon kubmetr təşkil edir.

Enerji tədarükünün mənbə və marşrutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti