...

ARDNŞ fevralda Supsadan 230 min tondan çox neft ixrac edib

Energetika Materials 1 Mart 2011 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend/

Fevralda ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Gürcüstanın Supsa limanından 234,54 min ton neft ixrac edib. Bu göstərici yanvarda 242 min ton olub. Bu barədə ARDNŞ-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Yanvar-fevral aylarında ARDNŞ tərəfindən Supsadan 476,9 min tondan çox neft ixrac edilib.

2010-cu ildə Gürcüstanın Supsa Qara dəniz limanından "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunan 2,84 milyon ton yüngül Azərbaycan nefti nəql edilib. 2009-cu ildə bu göstərici 2,79 milyon ton təşkil edib.

Boru kəməri 2007-ci ilin sonunda təmirə dayandırılıb. 2008-ci ilin ortalarında bu boru kəmərinə neft doldurulsa da, gürcü-osetin münaqişəsi səbəbindən bu proses dayandırılıb. Kəmərlə neftin nəqli 2008-ci il noyabrın əvvəlində bərpa edilib.

Bakı-Supsa boru kəmərinin operatoru BP şirkətidir.

Xəbər lenti

Xəbər lenti