...

"Azəriqaz" İstehsalat Birliyi Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcək

Energetika Materials 11 Mart 2011 19:48 (UTC +04:00)
ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi Novruz bayramı münasibəti ilə 18-28 mart 2011-ci il tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək.
"Azəriqaz" İstehsalat Birliyi Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcək

Azərbaycan, Bakı, 11 mart /Trend/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi Novruz bayramı münasibəti ilə 18-28 mart 2011-ci il tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək. Bu barədə cümə günü ADRNŞ-nin məlumatında deyilir.

Həmin müddətdə istehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi üçün Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilib.

Növbəlilik əsasında 24 saat iş rejiminə keçilməklə bərabər 104 və 185 nömrəli telefonlar da abonentlərin fasiləsiz istifadəsində olacaq.

"Azəriqaz" İstehsalat Birliyi hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün bayram günlərində bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

Xəbər lenti

Xəbər lenti