...

ARDNŞ ekoloji parkı istismara verməyə hazırlaşır

Energetika Materials 8 Aprel 2011 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Bakının Xəzər rayonu ərazisində ekoloji parkın yaradılması üzrə işləri başa çatdırır. Bu barədə cümə günü ARDNŞ-dəki mənbə məlumat verib.

"İşlərin böyük hissəsi artıq başa çatıb", - mənbə bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə ekoloji park istismara veriləcək.

Parkın elektrik enerjisinə olan tələbatının 40 faizi alternativ enerji mənbələri hesabına təmin olunacaq. Həmçinin, parkın ərazisində hər birinin gücü 10 kilovat-saat elektrik enerjisi istehsalı olan 4 külək generatoru, eləcə də ümumi gücü 20 kilovat-saat olan Günəş batareyaları quraşdırılıb.

Alternativ enerji mənbələri hesabına hasil olunacaq elektrik enerjisinin ümumi həcmi 60 kilovat-saat təşkil edir.

ARDNŞ parkın ərazisində öz struktur bölmələrinin ehtiyaclarını təmin etmək üçün şitillər əkməyi planlaşdırır. Ekoloji park 9,3 hektarlıq ərazidə yaradılır.

Xəbər lenti

Xəbər lenti