...

"Azəriqaz" İB qaz sayğaclarının smart-kart bazasında quraşdırılması üzrə işləri davam etdirir

Energetika Materials 22 Aprel 2011 13:49 (UTC +04:00)
Hazırda Azərbaycanda smart-kart bazasında işləyən sayğaclarla təmin olunan abonentlərin sayı 70 minə yaxındır.
"Azəriqaz" İB qaz sayğaclarının smart-kart bazasında quraşdırılması üzrə işləri davam etdirir

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir E.İsmayılov/

Hazırda Azərbaycanda smart-kart bazasında işləyən sayğaclarla təmin olunan abonentlərin sayı 70 minə yaxındır. Trend-in məlumatına görə, bu barədə cümə günü ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin smart-sayğacların tətbiqi və nəzarəti üzrə şöbəsinin rəhbəri Fərid Mustafazadə deyib.

Onun sözlərinə görə, abonentlərin smart-kart bazasında sayğaclarla təmini üzrə işlər abonentlərdə mövcud olan sayğacların dəyişdirilməsi, eləcə də qazlaşdırma çərçivəsində yeni sayğacların quraşdırılmasını nəzərdə tutan xüsusi proqrama uyğun həyata keçirilir.

"Bakıda smart-sayğacların quraşdırılması prosesi 2013-cü ilin sonunadək başa çatdırılacaq", - Mustafazadə bildirib.

Onun sözlərinə görə, smart-kart tipli sayğacların bir sıra üstünlükləri var. İlk növbədə, onlar istifadə edilən qaza görə nağdsız hesablaşma aparmağa imkan verir. Abonent özü balansında olan vəsaitlər sayəsində qazın həcmini tənzimləyir. Yeni nəsil sayğaclarndan istifadə abonentə hesabında olan balansın sona yetməsi haqqında əvvəlcədən xəbərdarlıq imkanı verir.

Sayğac quraşdırılarkən balansa 1-2 manat məbləğdə kredit qoyulur. Ödəniş vaxtı yaxınlaşanda sayğac bir neçə gün əvvəldən bu barədə məlumat verir. Müddət başa çatanda qazın verilməsi dərhal dayandırılmır. Bir neçə gün ərzində qaz abonentə debitor borcu kimi verilir.

Hazırda İB-nin abonentlərinin sayı Naxçıvan Muxtar Respublikasını çıxmaq şərtilə, 1,3 milyon təşkil edir.

Xəbər lenti

Xəbər lenti