Türkmənistan, Aşqabad, 25 may /Trend, müxbir H.Həsənov/
Türkmənistan dünya bazarlarına, o cümlədən Avropaya enerjidaşıyıcıların etibarlı, sabit və uzunmüddətli tədarükü üçün çoxşaxəli boru kəmərləri sisteminin yaradılması üzrə konkret addımlar atır. Trend-in məlumatına görə, bu barədə Prezident Qurbanqulu Berdiməhəmmədovun çərşənbə günü Xəzəryanı Avaz kurort şəhərində açılan beynəlxalq qaz konqresinin iştirakçılarına müraciətində deyilir.
"Perspektivdə türkmən təbii qazının Avropaya ötürülməsi, bu regionun dövlətləri arasında yanacaq-energetika sahəsində sıx qarşılıqlı əlaqələrin qurulması nəzərdə tutulur", - müraciətdə deyilir.
Berdiməhəmmədovun sözlərinə görə, "Türkmənistan dünya bazarlarına, o cümlədən Avropaya enerjidaşıyıcıların etibarlı, sabit və uzunmüddətli tədarükü üçün çoxşaxəli boru kəmərləri sisteminin yaradılması üzrə konkret addımlar atır ki, bu da həm yanacaq-xammal resurslarının ixracatçıları və həm də istehlakçılar üçün sərfəlidir".
Prezidentin fikrincə, yüksək səviyyədə keçirilən "Türkmənistanla Avropa İttifaqı arasında türkmən yanacağının tədarükü məsələləri üzrə səmərəli danışıqlar bu layihənin praktiki olaraq reallaşdırılması üçün güclü təkandır".
Ekspertlər hesab edirlər ki, Xəzər sahillərində yerləşən və dünyada təbii qaz ehtiyatlarının böyüklüyünə görə (Rusiya, İran və Qətərdən sonra) dördüncü yeri tutan Türkmənistan üçün Avropaya Azərbaycandan keçən marşrut getdikcə daha cəlbedici görünür.
Belə ki, cari ayın əvvəlində (11-13 may) Buxarestdə Berdiməhəmmədovla Rumıniya prezidenti Trayan Besesku arasında keçirilən danışıqların yekunların üzrə "türkmən təbii qazının Avropa istiqamətində tədarükünün vacibliyi, eləcə də "Nabukko" və AGRİ layihələrinin Rumıniya üçün üstünlüyü" qeyd olunub.
Hər iki layihə əvvəldən Azərbaycandan qaz tədarükünə, perspektivdə Mərkəzi Asiyadan karbohidrogen resurslarının iri tranzitçisi roluna iddialıdır. Türkmənistanla yanaşı, bu regionda Özbəkistan və Qazaxıstan da əhəmiyyətli qaz ehtiyatlarına malikdirlər, qonşu Əfqanıstanda da fəal şəkildə geoloji kəşfiyyat işləri aparılır. Məlum olduğu kimi, hazırda Azərbaycanın limanları vasitəsilə türkmən nefti müntəzəm əsasda uğurla nəql olunur.
Eyni zamanda, bu gün rəsmi Bakı "Nabukko" boru kəməri layihəsini irəli aparan Avropa İttifaqi ilə, həm də Gürcüstanı Qara dəniz sahillərindən qazın sıxılmış şəkildə Rumıniyaya tədarükünü nəzərdə tutan Azerbaijan-Georgia-Romania Interconnector (AGRI) hökumətlərarası layihəsi çərçivəsində ciddi razılaşmalara malikdir.
Transxəzər boru kəməri infrastrukturunun reallaşdırılması Xəzər resurslarının tikintisinə 2013-cü ildə başlanılması planlaşdırılan "Nabukko" transmilli layihəsinə uzunmüddətli perspektivdə birləşdirilməsini də mümkün edir.
"Nabukko" boru kəmərinin maksimum gücü hələlik ildə 31 milyard kubmetr səviyyəsində planlaşdırılır. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləridir.