...

İnvestisiyalar Azərbaycana və onun xarici tərəfdaşlarına əhəmiyyətli iqtisadi və strateji mənfəət gətirib - Barak Obama

Energetika Materials 7 İyun 2011 12:32 (UTC +04:00)
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində "Şərq-Qərb" enerji dəhlizinin əsası qoyuldu. Qoyulan iri sərmayələr Azərbaycana və onun xarici tərəfdaşlarına əhəmiyyətli ticari, iqtisadi və strateji mənfəət gətirdi
İnvestisiyalar Azərbaycana və onun xarici tərəfdaşlarına əhəmiyyətli iqtisadi və strateji mənfəət gətirib - Barak Obama

Azərbaycan, Bakı , 7 iyun /Trend/

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində "Şərq-Qərb" enerji dəhlizinin əsası qoyuldu. Qoyulan iri sərmayələr Azərbaycana və onun xarici tərəfdaşlarına əhəmiyyətli ticari, iqtisadi və strateji mənfəət gətirdi. Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Barak Obamanın Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın18-ci Beynəlxalq "Xəzər Neft və Qaz, Neft Emalı və Neft-Kimya" sərgi və konfransının açılışında oxuduğu məktubunda deyilir.

"Dünyada ən geniş və mürəkkəb layihələrdən biri olan "Cənub dəhlizi"nə qoşulmaq barədə Sizin verdiyiniz qərar Azərbaycanda energetika sahəsində yeni mərhələnin başlanğıcına və iqtisadiyyatın inkişafına təkan verəcək, o cümlədən qaz hasilatı sahəsinin daha da təkmilləşdirilməsinə yardım edəcək", - ABŞ Prezidentinin məktubunda deyilir.

Enerji tədarükünün mənbə və marşrutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın" və ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Barak Obamanın məktubunda deyilir ki, Azərbaycanın energetika sektoruna qoyulan sərmayələr ölkənin dünya iqtisadiyyatına inteqrasiyası prosesini sürətləndirəcək və Azərbaycan xalqının yaşayış standartlarını yüksəldəcək.

"Birləşmiş Ştatlar Qafqaz regionunda sabitlik və tərəqqiyə nail olunması üçün enerji təhlükəsizliyi və müxtəlifliyinin inkişaf etdirilməsi sahəsində Azərbaycan ilə davamlı əməkdaşlıq etmək niyyətindədir", - məktubda deyilir

Xəbər lenti

Xəbər lenti