...

Azərbaycanda karbohidrogen ehtiyatlarının proqnozlaşdırılan həcmi 10 milyard ton şərti yanacaq təşkil edir - Rövnəq Abdullayev

Energetika Materials 8 İyun 2011 10:55 (UTC +04:00)
Azərbaycanda karbohidrogen ehtiyatlarının sübut edilmiş həcmi 4,2 milyard ton şərti yanacaq təşkil edir, proqnozlaşdırılan ehtiyatların həcmi isə 10 milyard tondur.
Azərbaycanda karbohidrogen ehtiyatlarının proqnozlaşdırılan həcmi 10 milyard ton şərti yanacaq təşkil edir - Rövnəq Abdullayev

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda karbohidrogen ehtiyatlarının sübut edilmiş həcmi 4,2 milyard ton şərti yanacaq təşkil edir, proqnozlaşdırılan ehtiyatların həcmi isə 10 milyard tondur. Bu barədə Bakıda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev 18-ci Beynəlxalq "Xəzər Neft və Qaz, Neft Emalı və Neft-Kimya" sərgi və konfransı çərçivəsində keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, 2015-ci ilədək Azərbaycanda neft hasilatının həcmi 50-55 milyon ton olacaq, qaz həcmi isə 30 milyard kubmetr səviyyəsində planlaşdırılır.

Abdullayevin sözlərinə görə, bu isə o deməkdir ki, dünyanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolu gələcəkdə daha da artacaq.

Onun sözlərinə görə, bu fakt ekspertlərin Avropanın enerji tələbatının 2015-ci ilədək idxal hesabına 70 faiz, 2020-ci ilədək isə 85 faizədək artacağı ilə bağlı proqnozları fonunda böyük əhəmiyyət kəsb edir.

ARDNŞ rəhbərinin sözlərinə görə, 2004-cü ildən 2010-cu ilədək Azərbaycanda qaz hasilatı beş dəfə artaraq beş milyard kubmetrdən 26 milyard kubmetrə çatıb. Neft hasilatında da artım müşahidə olunub, 1997-ci ildən 2010-cu ilədək 5,6 dəfə artaraq 50,6 milyon tona çatıb. Hasilatın sutkalıq həcmi 140 min ton olub.

Xəbər lenti

Xəbər lenti