...

ARDNŞ ilin əvvəlindən Rusiyaya 1 milyard kubmetr qaz tədarük edib

Energetika Materials 18 İyun 2011 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Cari ilin yanvar-may aylarında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rusiyaya "Qazprom" şirkəti ilə ortatəcili müqavilə çərçivəsində 1 milyard kubmetr qaz ixrac edib. Bu barədə şənbə günü Trend-ə neft-qaz bazarındakı mənbə deyib.

"Hazırda Rusiyaya sutkada 5 milyon kubmetrə yaxın qaz ixrac edilir", - mənbə bildirib.

2010-cu ildə ARDNŞ RF-yə 800 milyon kubmetrə yaxın qaz ixrac edib. Bu il nəql edilən qazın həcminin iki milyard kubmetrə çatdırılacağı gözlənilir.

Azərbaycan qazının Rusiyaya alqı-satqısı üzrə ortamüddətli müqavilə 2009-cu il oktyabrın 14-də Bakıda ARDNŞ və "Qazprom" arasında imzalanıb. 2010-cu il sentyabrın əvvəlində Bakıda imzalanan müqaviləyə əlavəyə görə, 2011-ci ildə Qazprom iki milyard kubmetr, 2012-ci ildə isə iki milyard kubmetrdən çox qaz alacaq.

Rusiyaya Azərbaycan qazının tədarükünə 2010-cu il yanvarın 1-dən başlanılıb.

Xəbər lenti

Xəbər lenti